Dövlət rüsumu

 Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanunun müvafiq müddəalarına əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı kateqoriya vizaların rəsmiləşdirilməsi üçün müvafiq məbləğdə dövlət rüsumu alınır:

birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün  - 20 ABŞ dolları

çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün  - 350 ABŞ dolları

birdəfəlik tranzit vizalarının rəsmiləşdirilməsi üçün - 20 ABŞ dolları

ikidəfəlik tranzit vizalarının rəsmiləşdirilməsi üçün - 40 ABŞ dolları

Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

- Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 4.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Ödənilmə ünvanı

Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrə. 

Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!