Baş konsulluq tərəfindən verilən sənədlər və sənədlərin alınma qaydaları
  1. Məhkum olub olmaması haqqında Arayış
  2. Ailə vəziyyəti haqqında Arayış
  3. Nikahda olub olmaması haqqında Arayış
  4. Vətənə qayıdış şəhadətnaməsi
  5. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi
  6. Azərbaycan Respublikasının vətəndaşlığından imtina edilməsi.
  7. Konsulluq uçotuna alınması.
  8. Doğum haqqında şəhadətnamənin alınması.
  9. Viza alınması.

Məhkum olub olmamaq haqqında ArayışIN

ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

AİLƏ VƏZİYYƏTİ HAQQINDA ARAYIŞIN ALINMASI

ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

VƏTƏNƏ QAYIDIŞ ŞƏHADƏTNAMƏSİNİN ALINMASI

ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Ərizə (Nümunə əlavə 2 )
  2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. (Yararsız vəziyyətə düşmüş və ya etibarlıq müddəti keçmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu-əsli, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlı sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi halda yerli dövlətin polis orqanında pasportun itirilməsini təsdiq edən arayış - əsli, (Üzərində fotoşəkli olmadığı üzün Azərbaycan Respublikasının doğum haqqında şəhadətnamə yeganə sənəd olaraq təqdim edil bilməz )
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz
  4. Fotoşəkil 2 ədəd (3x4 sm)

Azərbaycan Respublİkasının vətəndaşlığına mənsubİyyətİnİn  müəyyən edİlməsİ üçün tələb olunan sənədlər:

  1. Ərizə-Anket forması (Əlavə olunur №1)
  2. Tərcümeyi-hal
  3. Fotoşəkil - 2 ədəd (3x4 sm)
  4. Şəxsiyyətini təsdiq edən sənədlərin surəti
  5. Doğum haqqında şəhadətnamənin surəti
  6. Valideynlərin şəxsiyyət vəsiqəsinin surəti
  7. Ölüm haqqında şəhadətnamənin surəti
  8. Keçmiş SSRİ nümunəli pasportun bütün səhifələrinin surəti
  9. Keçmiş SSRİ nümunəli hərbi biletin bütün səhifələrinin surəti
  10. Qaçqın statusunun olması haqqında sənədin surəti
  11. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

 

KONSULLUQ UÇOTUNA ALINMAQ ÜÇÜN

 TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Ərizə (Əlavə olunur №1)
  2. Ümumvətəndaş pasportu
  3. Yaşayış yerindən arayış
  4. Fotoşəkil - 2 ədəd (3x4 sm)

DOĞUM HAQQINDA ŞƏHADƏTNAMƏNİN ALINMASI ÜÇÜN

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Valideynlərin birgə ərizəsi (Əlavə olunur №1)
  2. Valideynlərin ümumvətəndaş pasportlarının surəti-əsli
  3. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti-əsli
  4. Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti-əsli
  5. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən arayış - əsli (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərti ilə)

 

Azərbaycan Respublİkasının vətəndaşlığında İmtİna edİlməsİ üçün tələb olunan sənədlər:

  1. Azərbaycan Respublikası Prezidentinin adına Ərizə-Anket (Əlavə №1)
  2. Azərbaycan Respublikasındakı daimi yaşayış ünvanındakı qeydiyyatdan çıxması haqqında arayış
  3. Gürcüstanın dövlət orqanlarından möhlət məktubu.
  4. Pasport və doğum haqqında şəhadətnamənin surəti (3 nüsxədə)
  5. Hərbi bilet və nikah haqqında şəhadətnamənin surəti (3 nüsxədə)
  6. Fotoşəkil - 6 ədəd (3x4 sm)
  7. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (400 ABŞ dolları)
  8. Yaşayış yerindən ailə vəziyyəti haqqında arayış
  9. Əmək kitabçasının surəti (3 nüsxədə)
  10. Yetkinlik yaşına çatmamış uşaqlar üçün ata və ana tərəfində notariat qaydada təsdiq edilmiş razılıq.