Monteneqro Hökumətinin vizasiz giriş-çıxışı və tranzit keçidi

Monteneqro Hökumətinin 18 mart 2015-ci il tarixli qərarı ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyindən daxil olmuş məlumata istinadən diqqətinizə çatdırmaq istərdik ki, ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikası vətəndaşlarının 90 gün müddətində Montenegroya vizasiz giriş-çıxışı və tranzit keçid imkani 2019-cu il ərzində də qüvvədə olacaqdır.