Şimali Makedoniya Respublikası Hökuməti 5 mart 2019-cu il tarixli qərarı

Şimali Makedoniya Respublikası Hökuməti 5 mart 2019-cu il tarixli qərarı ilə həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqini 2019-cu ilin 15 sentyabr tarixinədək uzatmışdır. Notaya əsasən Azərbaycan Respublikası vətəndaşları hər 6 ay ərzində 3 ay qalma müddəti şərti ilə 2019-cu ilin 15 sentyabr tarixinədək Şimali Makedoniya Respublikasına vizasız səfər edə bilər.