2015-12-12
Dekabrın 12-də Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirmişdir

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov tədbiri açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında Heydər Əliyevin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqın tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını almış və ölkəmizin birliyini  dünyaya nümayiş etdirmişdir.

Baş konsul Rəşad İsmayılov həmçinin Ümummilli Liderin cismən aramızda olmadığı son 12 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd etmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər  dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Batumi Dövlət Universitetinin prorektoru, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak etdilər.

Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze cıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışmışdır.

Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi və film  nümayiş etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər