2016-03-17
Baş Konsul Gürcüstan Beynəlxalq Sərmayəcilər Assosiasiyasınin baş katibi ilə görüşdü

7 mart 2016-cı il tarixində Baş Konsul Rəşad İsmayılov Gürcüstan Beynəlxalq Sərmayəcilər  Assosiasiyasınin baş katibi Osman Çalışkan ilə görüşü keçirilmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilmişdir.

Gürcüstan Beynəlxalq Sərmayəcilər  Assosiasiyası - müstəqil, qeyri-hökumət, siyasi olmayan və qeyri-kommersiya olan bir təşkilatdır.

Gürcüstan Beynəlxalq Sərmayəcilər  Assosiasiyası 14 iyul 2009-cu ildə yaradılmısdır. Hal-hazırda, BİA Gürcüstanda investorların ən böyük bir təşkilatıdır. Assosiasiya fəaliyyətinin əsas istiqaməti – üzvlərinin ortaq maraqları əsasında mövcud olan məsələlərin başqa şirkətlər ilə həlli yolunu tapmaqdır. BİA müxtəlif biznes sektorlarını təqdim etməkdədir, - belə ki, toxuculuq sənayesi, qida məhsullarının istehsalı, tikinti-inşaat və tikinti materialları, bank işi və maliyyə, sığorta, mehmanxana işi və digər sahələr.

növbəti xəbər əvvəlki xəbər