2016-04-09
Batumi şəhərində Ermənistan ordusunun son hərbi təxribatlarına qarşı etiraz aksiyası

Gürcüstanın Batumi şəhərində təhsil alan bir qrup azərbaycanlı tələbələr o cümlədən, azərbaycanlı tələbələrə dəstək naminə gürcü  tələbələr Baş Konsulluğun qarşısına toplaşaraq Ermənistan ordusunun son hərbi təxribatlarına qarşı  etiraz aksiyası keçiriblər. Azərbaycanın dövlət bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ bizimdir!”, “Yaşasın Gürcüstan və Azərbaycan dostluğu və qardaşlığı!”,kimi şüarlar səsləndirib. Aksiyada çıxış edənlər  Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkmək tələb edilib.

Aksiya, Ajarıstan Muxtar Respublikasının “AJARA TV “ televiziya vasitəsilə işıqlandırılıb.


növbəti xəbər əvvəlki xəbər