2016-09-20
R.İsmayılov Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri ilə gürüşdü

Cari ilin 20 sentyabr  tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov Qiya Tavamaishvilini yenidən Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri təyin olunması münasibəti ilə təbrik etmişdir.

Görüş zamanı Azərbaycan və Acarıstan arasında təhsil, mədəniyyət və idman sahəsindəki mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişafı perspektivləri müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər