2016-09-20
R.İsmayılov Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri ilə görüşdü

Cari ilin 20 sentyabr  tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov Ramaz Bolkvadzeni  Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri təyin olunması münasibəti ilə təbrik etmişdir. Baş konsul bildirmişdir ki, Gürcüstan ilə qarşılıqlı əlaqələrin bütün  sahələrdə inkişaf etdirilməsi  Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərindən biridir. Görüşdə hər iki tərəf arasındakı sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olması vurğulanmışdır. 

növbəti xəbər əvvəlki xəbər