2016-10-25
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunda şahmat üzrə beynəlxalq turnirin Azərbaycandan olan 12 yaşadək şahmatcıların rəsmı qəbulu təşkil olundu.

25 oktyabr 2016 –cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunda Batumi şəhərində şahmat üzrə beynəlxalq turnirin Azərbaycandan olan 12 yaşadək şahmatcıların rəsmı qəbulu təşkil olunub.

Baş konsul Rəşad İsmayılov 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin fərmanı ilə şahmatın inkişafına dair dövlət proqramının təsdiq olunmasının önəmini qeyd edib.

Ölkədə şahmatın uğurla inkişaf etdiyini vurğulayan baş konsul ,yeniyetmə sahmatcılara Batumidə kecirilən beynəlxalq turnirdə  yüksək naliyyətlər arzulayaraq onlara həddiyələr təqdim etdi.

Sonda idmancılarla xatirə şəkli cəkildi.

Qeyd edək ki,Azərbaycan idmançıları bu cempionatda SOCAR Georgia şirkətinin maliyyə dəstəyi ilə iştirak edirlər.

Dünya çempionatında 66 ölkədən olan 728 iştirakçı ,o cümlədən Gürcüstandan 100-dən çox şahmatçı iştirak edir.

növbəti xəbər əvvəlki xəbər