2016-11-08
08 noyabr 2016 –cı il tarixində Batumi şəhər Meriyasının aparatında Azərbaycanın Batumi səhərindəki Baş Konsulu Rəşad İsmayılov və Batumi şəhərinin meri Giorgi Yermakov arasında görüş keçirilib.

Baş konsul Rəşad İsmayılov , Batumi şəhərinin merinə Azərbaycan ilə Gürcüstan  arasında əlaqələr barədə məlumat verib.Rəşad İsmayılov  həmcinin, Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra  hər iki region arasında siyasi,iqtisadi,turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb. Yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər