2016-12-13
Acarıstan Muxtar Respublikasının Ali Sovetinin yeni sədri David Qabaidze ilə görüş keçirilmişdir.

2016-cı ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov və Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri David Qabaidze arasında görüş keçirildi. İlk növbədə Rəşad İsmayılov dəvətə görə Ali Sovetinin sədrinə dərin minnətdarlığını bildirdi və bu vəzifəyə yeni təyin olunması münasibətilə onu təbrik edərək gələcək işlərində ona uğurlar arzu etdi.

Səmimi şəraitdə keçən görüş zamanı Baş Konsul Respublikamızda aparılan daxili və xarici siyasət, dost və qonşu Gürcüstanla ikitərəfli münasibətlərin inkişafı və ölkəmiz üçün bu əlaqələrin vacib əhəmiyyət kəsb etməsindən danışdı.

Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri David Qabaidze Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarix və ənənəyə malik olduğunu və yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi.

Rəsmi görüşdə tərəflər iki ölkə arasında münasibətləri və onların gələcək inkişaf perspektivlərini müzakirə etdilər.

növbəti xəbər əvvəlki xəbər