2017-04-29
28 aprel 2017 –ci il tarixində Azərbaycanın Batumi səhərindəki Baş Konsulu Rəşad İsmayılov və Batumi Bələdiyyə Məclis sədri Laşa Sirabidze arasında görüş keçirilib.

Görüş zamanı  yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkə arasında bələdiyyə assosiasiyalarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Baş konsul Rəşad İsmayılov , Batumi Bələdiyyə Məclis sədrinə Azərbaycan ilə Gürcüstan  arasında əlaqələr barədə məlumat verib. Həmcinin, Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra  hər iki region arasında siyasi,iqtisadi,turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər