2017-05-23
Zakir Həsənov: Müdafiə sahəsində birgə əməkdaşlığımız təhlükəsizliyə, sülhə xidmət edir

Bizim müdafiə sahəsindəki birgə əməkdaşlığımız təhlükəsizliyin artmasına, sülhə və iqtisadi inkişafa xidmət edir.

Bu fikri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra mətbuat konfransında söyləyib.

Nazir üçtərəfli görüşdə təhlükəsizlik və müdafiə sahəsində çox mühüm məsələlərin müzakirə edildiyini vurğulayıb. “Bu görüşümüzün çox gözəl nəticələri oldu. Biz bölgədəki vəziyyəti müzakirə etdik və regional təhlükəsizliyi artırmaq üçün səylərimizi gücləndirməyi qərara aldıq. Görüşdə separatizmə və terrorizmə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəldik”, - deyə Zakir Həsənov diqqətə çatdırıb.

növbəti xəbər əvvəlki xəbər