2017-05-31
31 may 2017-ci il tarixində Batumi şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov Türkiyə Respublikasının Batumidəki Baş konsulu Yasin Temizkan ilə görüşü keçirilib.

Görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrindən bəhs edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında sıx dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyinə toxunulub.

Görüş əməkdaşlığın gələcək perspektivləri üzrə fikir mübadiləsi ilə yekunlaşıb.

növbəti xəbər əvvəlki xəbər