2017-06-14
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda tədbir kecirilib.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov, Batumi Dövlət Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər üzrə təhsil alan  tələbə və müəllimləri  qəbul edərək,onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Baş konsul, ulu öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı istiqamətində xidmətlərindən danışaraq qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı 1994-cü ildə ulu öndər Heydər Əliyevin Gürcüstana səfəri ilə başlayıb. Böyük tarixi əhəmiyyətə malik bu səfər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

növbəti xəbər əvvəlki xəbər