2017-09-25
Acarıstan Muxtar Respublikası Kənd-təsərrüfatı naziri ilə keçirilmiş görüş barədə.

25 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov, Avtandil Meskidxeni Acarıstan Muxtar Respublikası kənd-təsərrüfatı naziri təyin olunması münasibəti ilə təbrik etmişdir
Görüş zamanı  Baş konsul, iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, Azərbaycanda  aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat vermişdir.

Nazir Avtandil Meskidxe, Acarıstan  MR - nin kənd-təsərrüfatı məhsullarının  Azərbaycan bazarına çıxarılması həmçinin, Azərbaycan kənd-təsərrüfatı məhsullarının Acarıstan MR-ə ixracının artırılması məsələlərinin önəmlı olduğunu qeyd etmişdir.

Səmimi qəbula görə təşəkkür edən Baş konsul Rəşad İsmayılov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulamışdır.

növbəti xəbər əvvəlki xəbər