2018-04-04
04 aprel 2018-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru, professor Merab Xelvaşi ilə ilə görüş kecirib.

04 aprel 2018-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru, professor Merab Xelvaşi ilə nəzakət görüşü kecirib.

Görüş zamanı təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib.

Baş konsul, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı səylərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, Azərbaycan Gürcüstan üçün vacib tərəfdaşdır. Bu dostluq və tərəfdaşlıq əlaqələri dərin köklərə əsaslanır.

Eyni zamanda Merab Xalvaşi qeyd edib ki, Acarıstan Muxtar Respublikası ilə Naxcıvan Muxtar Respublikası arasıda ikitərəfli əlaqələrin möhkəmlənməsi, Batumi Dövlət Universiteti ilə Naxcivan Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsi həmçinin elmin və təhsilin inkişafı üçün Naxçıvan MR-in rəhbəri Vasif Talıbov böyük işlər görüb.

Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru Merab Xelvaşi Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin dahada genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. 

Daha sonra Baş Konsul Pərviz İsmayılzadə universitetdə fəaliyyət göstərən “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyası ilə tanış olmuş, Universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirmiş, onların məişət və təhsil problemləri ilə maraqlanmışdır.

növbəti xəbər əvvəlki xəbər