2018-05-14
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikası Ali Şuranın sədri David Qabaidze ilə rəsmi görüş keçirib.

14 may 2018-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikasının Ali Şuranın sədri David Qabaidze ilə rəsmi görüş keçirib.

Görüşdə D.Qabaidze  Baş Konsul Pərviz İsmayılzadəni yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib ona fəaliyyətində uğurlar arzulayıb.  

Ali Şuranın sədri David Qabaidze Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinə toxunaraq, iki ölkə arasında siyasi, hərbi, iqtisadi və digər sahələrdə ilbəil dinamik artımın müşahidə olunduğunu söyləyib, bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. Ölkələrin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətini xüsusi ilə qeyd edib. Əməkdaşlığın bundan sonrada inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Daha sonra o, Acarıstan MR Parlamenti ilə Naxçıvan Muxtar Respublikası Milli Məclisi arasında imzalanmış memarandubdan söhbət açıb. Regionlar arası siyasi, iqtisadi humanitar sahələrdə əldə edilmiş nəticələri baş konsul Pərviz İsmayılzadə ilə bölüşüb.

D.Qabaidze Gürcüstanda keçirilən Parlament seçkisi öncəsi SOCAR şirkətinin Acarıstan MR-in rayonlarını qazla təmin etdiyinə görə baş konsul Pərviz İsmayılzadəyə dərin minnətdarlığını bildirib.

Acarıstan Muxtar Respublikası ilə Naxcıvan Muxtar Respublikasının qardaşlaşmış regionlar olduğunu söyləyən şura sədri, bu istiqamətdə təhsil və səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafından danışıb.

Baş Konsul Pərviz İsmayılzadə Azərbaycanın Gürcüstan dövləti ilə strateji və iqtisadi tərəfdaş olduğunu söyləyib,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd edilən regiona daim önəm verdiyini vurğulayıb, iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafı üçün qarşılıqlı səylərin möhkəmləndiliməsinin vacibliyini qeyd edib.

David Qabaidze Baş Konsula sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına söz verdi və hörmət əlaməti olaraq xatirə hədiyyələri təqdim etdi.

Baş Konsul Pərviz İsmayılzadə səmimi qəbula və qonaqpərvərliyə görə Ali Şuranın Sədrinə minnətdarlığını bildirdi və qeyd etdi ki, öz səlahiyyətlərini yerinə yetirərkən əsirlər boyu Azərbaycan və gürcü xalqlarını, iki qonşu və dost ölkəni və onların ayrı-ayrı regionlarını birləşdirən dəyərlər və prinsiplərə riayət edəcək.

 

növbəti xəbər əvvəlki xəbər