COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycana giriş qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ei il 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 02 avqust tarixli 231 nömrəli, 03 sentyabr tarixli 251 nömrəli və 15 oktyabr tarixli 313 nömrəli Qərarları ilə "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən-vətəndaşlarına və burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən ölkələrin 

SİYAHISI:

1

Albaniya Respublikası

2

Almaniya Federativ Respublikası

3

Amerika Birləşmiş Ştatları

4

Argentina Respublikası

5

Avstraliya Birliyi

6

Avstriya Respublikası

7

Bəhreyn Krallığı

8

Belarus

9

Belçika Krallığı

10

Birləşmiş Ərəb Əmirlikləri

11

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

12

Braziliya Federativ Respublikası

13

Brunei Darussalam

14

Cənubi Koreya Respublikası

15

Çexiya Respublikası

16

Çili Respublikası

17

Çin Xalq Respublikası

18

Danimarka Krallığı

19

Dominikan Respublikası

20

Ekvador Respublikası

21

El Salvador

22

Estoniya Respublikası

23

Filippin Respublikası

24

Finlandiya Respublikası

25

Fransa Respublikası

26

Gürcüstan

27

Hindistan

28

Hollandiya Krallığı

29

Hong Kong (Çin)

30

İndoneziya

31

İordaniya Haşimilər Krallığı

32

İran İslam Respublikası

33

İrlandiya Respublikası

34

İslandiya Respublikası

35

İspaniya Krallığı

36

İsrail dövləti

37

İsveç Krallığı

38

İsveçrə Konfederasiyası

39

İtaliya Respublikası

40

Kamboca Krallığı

41

Kanada

42

Kipr Respublikası

43

Kolumbiya Respublikası

44

Kosta Rika Respublikası

45

Kuba Respublikası

46

Küveyt Dövləti

47

Latviya Respublikası

48

Litva Respublikası

49

Lüksemburq Böyük Hersoqluğu

50

Macarıstan Respublikası

51

Malayziya

52

Maldiv Respublikası

53

Malta Respublikası

54

Meksika Birləşmiş Ştatları

55

Mərakeş Krallığı

56

Moldova Respublikası

57

Monqolustan

58

Monteneqro

59

Norveç Krallığı

60

Oman Sultanlığı

61

Özbəkistan Respublikası

62

Pakistan İslam Respublikası

63

Panama Respublikası

64

Peru Respublikası

65

Polşa Respublikası

66

Portuqaliya Respublikası

67

Qazaxıstan Respublikası

68

Qətər Krallığı.

69

Rumıniya

70

Rusiya Federasiyası

71

Serbiya Respublikası

72

Səudiyyə Ərəbistanı Krallığı

73

Sinqapur Respublikası

74

Slovakiya Respublikası

75

Sloveniya Respublikası

76

Tacikistan Respublikası

77

Tailand Krallığı

78

Tunis Respublikası

79

Türkiyə Cümhuriyyəti

80

Türkmənistan Respublikası

81

Ukrayna

82

Uruqvayın Şərqi Respublikası

83

Venesuela Bolivar Respublikası

84

Xorvatiya Respublikası

85

Yaponiya

86

Yeni Zelandiya

87

Yunanıstan Respublikası

  • yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə - yalnız COVİD-19 pasportu (COVİD-19-a qarşı tam peyvənd olunmasını və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • 1-18 yaş arasında olan şəxslərə münasibətdə - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • bu Qərarın 2.5-1-ci bəndində nəzərdə tutulan şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVİD-19-a dair PCR testi tələb olunmur;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 223 nömrəli Qərarı il’ "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda və 2021-ci il 28 iyul tarixli 230 nömrəli Qərarı ilə "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların reyslərinə qəbul edilməsi həyata keçirilir və hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

  1. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında”
  2. Diplomatik pasport sahibləri;
  3. Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  4. Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədi pasportuna ("UN laissez-passer") malik olan şəxslərı
  5. Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  6. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı, əri, himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları);
  7. Ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər;
  • müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
  • 1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;

 

Arxiv üzrə axtarış