02.07.2026-ci il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Fuad Əzizov, yeni təyin olunmuş Acarıstan Muxtar Respublikasının Arxiv İdarəsinin rəisi Besik Bauçadze ilə rəsmi görüş keçirmişdir.

Görüşdə Azərbaycan–Gürcüstan arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində humanitar və mədəni əməkdaşlığın inkişafı, ortaq tarixi-mədəni irsin qorunması və tədqiqi məsələləri müzakirə olunmuşdur.
Danışıqlar zamanı Bakı–Batumi tarixi əlaqələri, regionda yaşamış azərbaycanlı və gürcü icmalarının fəaliyyəti ilə bağlı arxiv materiallarının araşdırılmasının xüsusi elmi əhəmiyyət daşıdığı qeyd olunmuşdur.
Sonda tərəflər arxiv işi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə razılıq ifadə etmişlər. Görüşün Azərbaycan–Gürcüstan humanitar əməkdaşlığının inkişafına xidmət edəcəyi bildirilmişdir.