news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 iyul 2026

08 iyul 2026-cı il tarixində Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Batumi Beynəlxalq Hava Limanında TAV Hava Limanları strukturunda Batumi Hava Limanı müdiri fəaliyyətinə yeni başlamış  Özgür Ağca ilə görüş keçirib.

Səmimi və qarşılıqlı etimada əsaslanan görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat və aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub. Tərəflər Bakı və Batumi hava limanları arasında əlaqələrin daha da gücləndirilməsinin, sərnişin axınının artırılmasının və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin regional hava nəqliyyatı şəbəkəsinin inkişafı, turizm potensialının daha səmərəli təşviqi və iki dost ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edən birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti