2 oktyabr 2026-cı il tarixində Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov ilə Batumi Dövlət İncəsənət Universitetinin rektoru Mamuka Alapishvili arasında görüş keçirilib.
2 oktyabr 2026-cı il tarixində Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov ilə Batumi Dövlət İncəsənət Universitetinin rektoru Mamuka Alapishvili arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Gürcüstanın regionlararası ali təhsil və incəsənət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və yaradıcı heyət mübadiləsi, birgə yaradıcılıq layihələrinin, sərgilərin, konsertlərin, teatr tamaşalarının və ustad dərslərinin təşkili məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş rəsm müsabiqəsinin keçirilməsi və tələbələrin iştirakı ilə birgə teatr layihələrinin hazırlanması imkanları nəzərdən keçirilib.
Görüşün sonunda Baş Konsul universitetin fakültələri və yaradıcılıq məkanları ilə tanış olub, tələbələrlə fikir mübadiləsi aparıb.
Görüş qarşılıqlı hörmət və konstruktiv fikir mübadiləsi şəraitində başa çatıb.