news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2026

25.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğun vitse-konsulu Məhbubə Namazova ilə Batumi Şota Rustaveli Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Tamar Dundua arasında görüş keçirilib.

25 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğun vitse-konsulu Məhbubə Namazova ilə Batumi Şota Rustaveli Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Tamar Dundua arasında univeristetdə görüş keçirilib.

Görüşdə  Batumi Şota Rustaveli Dövlət Universiteti və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsi, birgə akademik tədbirlərin təşkili və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş çərçivəsində universitetdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinə və Acarıstan Muxtar Respublikası və Naxçıvan Muxtar Respublikası Dostluq Otağına baxış keçirilib.

Görüş qarşılıqlı hörmət və səmimi işgüzar mühitdə başa çatıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti