26 sentyabr 2026-cı il tarixində Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Mirzə Fətəli Axundov adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyətində anım tədbiri keçirilib.
26 sentyabr 2026-cı il tarixində Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Mirzə Fətəli Axundov adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyətində anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Batumidəki Baş Konsulluğun əməkdaşları, SOCAR-ın (ARDNŞ)Batumidəki rəhbəri Səfər Əlizadə, Mirzə Fətəli Axundov adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyətində rəhbəri Rövşən Namazov, Gürcüstanda yaşayan azərbaycanlılar, həmçinin Azərbaycan dili dərslərində iştirak edən müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Baş konsul Fuad Əzizov çıxışında 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, 2020-ci il Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasətindən,Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın milli həmrəyliyindən və şəhidlərimizin Vətən uğrunda göstərdiyi misilsiz fədakarlıqlarından danışıb. Şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Daha sonra Mirzə Fətəli Axundov adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyətində Azərbaycan dili dərslərində təhsil alan şagirdlər Vətənə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda şagirdlərlə baş konsul Fuad Əzizov arasında xatirə fotosu çəkilib.