27 iyul 2026-cı il tarixində Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Sarpi gömrük-keçid məntəqəsinin rəhbəri Şota Sxıladze ilə görüş keçirmişdir.
27 iyul 2026-cı il tarixində Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Sarpi gömrük-keçid məntəqəsinin rəhbəri Şota Sxıladze ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri, sərhəd-keçid məntəqəsində əməkdaşlığın inkişafı və Azərbaycan vətəndaşlarının və yüklərinin sərhəddən rahat, təhlükəsiz və operativ keçidinin təmin olunması məsələləri müzakirə edilmişdir. Tərəflər Sarpi gömrük-keçid məntəqəsinin fəaliyyəti, sərnişin və nəqliyyat axınının idarə olunması, keçid prosedurlarının səmərəliliyinin artırılması və vətəndaşların müraciətlərinə operativ baxılması ilə bağlı fikir mübadiləsi aparmışlar. Görüş qarşılıqlı anlaşma və konstruktiv şəraitdə keçmişdir.