2016-05-18

Adjara PS qəzetində nüvə və digər radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması barədə faktlar dərc olunmuşdur

Adjara PS qəzetinin 23-24 (753)  saylı 17 may 2016-cı il tarixli tirajında “SOS - nüvə və digər radioaktiv materiallarının satışı faktları nəyə görə tez-tez baş verir” başlığı altında gürcü dilində geniş məqalə dərc olunmuşdur.

Məqalədə, Ermənistanın nüvə və digər radioaktiv materialların qaçaqmalçılığında xüsusi rol oynaması o cümlədən, 1999-2016-cı illər ərzində Ermənilərin iştirakı ilə pisniyyətli məqsədlərlə yüksək miqdarda nüvə və digər radioaktiv materialların satış faktlarının aşkar olunması qeyd edilmişdir. Bu kimi halların bəşəriyyət üçün yüksək təhlükə yaratması gürcü oxucularının diqqətinə ətraflı şəkildə çatdırılmışdır.

SOS - nüvə və digər radioaktiv materiallarının satışı faktları nəyə görə tez-tez baş verir

Arxiv üzrə axtarış