2016-05-23

Batumi şəhərində Gürcüstan Milli Karate Federasiyası tərəfindən “Martial Arts” festivalı keçirildi

BMT-nin xoşməramlı səfiri, eyni zamanda dünyada müxtəlif idman növlərinin inkişafı naminə beynəlxalq yardım fondu “Satuki”nin prezidenti olan Qatar şəhzadəsi Şeyxa Əl-Mayassa bint Həməd bin Xəlifə Əl Tani Gürcüstan Milli Karate Federasiyasında keçirilən “Martial Arts” festivalına şərəfli qonaq qismində dəvət edilmişdi. Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov və Azərbaycan Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov da bu festivalda iştirak etdilər.

Səfər zamanı Şəhzadə ilə AMR Hökumət sədri və Batumi şəhərinin meri arasında Acariyanın mədəni,turizm və sərmayə potensiallarının müzakirə edildiyi bir sıra görüşlər kecirildi. Həmçinin Batumidəki otel biznesi ilə maraqlanan Şəhzadə burada yenə bir otel inşa etdirmək niyyətini də ifadə etdi. Bununla yanaşı O, 2018-ci il uşaqlar arası futbol üzrə olimpiya oyunlarının Batumidə keçirilməsini təklif etdi və bu məqsədlə bölgənin hökumət rəhbərliyini Monakoda müzakirələrə dəvət olundu.


Arxiv üzrə axtarış