2016-10-20

Batumidə 12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatı keçirilir

19 oktyabr 2016 –cı il tarixində  Batumi şəhərində şahmat üzrə beynəlxalq turnirə start verilmışdir. "Şeraton" otelində 12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatının açılış mərasimində Acariya Hökumət nümayəndələri, Avropa Şahmat İttifaqının sədri Zurab Azmaiparaşvili, Gürcüstan Şahmat Federasiyasının sədri Gia Qiorqadze iştirak edib. Mərasim zamanı Acarıstan Hökumət Sədri Zurab Pataradze ilk simvolik gedişatı etdi. Turnirin acilişi zamanı Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov Azərbaycanın yeniyetmə şahmatçılarını salamlamış onlara yarışda ugurlar arzulamışdır.

Qeyd edək ki, dünya çempionatında 66 ölkədən olan 728 iştirakçı ,o cümlədən Gürcüstandan 100-dən çox şahmatçı iştirak edir.

Turnir 30 oktyabr tarixində başa çatacaq.

Arxiv üzrə axtarış