2017-01-19

Batumidə yayımlanan “Ajara PS” qazetində Baş konsul Rəşad İsmayılovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilmişdir.

Məqalədə vurğulanır ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın tarixində şərəf səhifəsidir. Ərazisini erməni təcavüzündən qorumaq və azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalmışdır.

Müəllif Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır. Ulu öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi dəqiqliklə göstərilmişdir.

Yazıda  bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra mümkün olmuşdur. 

Arxiv üzrə axtarış