4 sentyabr 2026-cı il tarixində Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze Caspian Enerji Klubunun sədri Telman Əliyevlə görüşüb
4 sentyabr 2026-cı il tarixində Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze Caspian Enerji Klubunun sədri Telman Əliyevlə görüşüb. Görüşdə Azərbaycanın Gürcüstandakı baş konsulu Fuad Əzizov, Acarıstanın maliyyə və iqtisadiyyat nazirinin müavini Otar Diasamidze və Acarıstan Ticarət və Sənaye Palatasının sədri Giorgi Romanadze iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq çərçivəsində ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Acarıstanda investisiya və özəlləşdirmə prosesləri, eləcə də regionda həyata keçirilən və planlaşdırılan infrastruktur layihələri müzakirə olunub.