9 Sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar səfərdə olub.
9 Sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya və hakimlərlə görüş keçirilib. Görüşdə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov iştirak edib. İki ölkənin konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi və konstitusiya ədalət mühakiməsinin inkişafı məsələləri müzakirə olunub.
Tərəflər həmçinin məhkəmə təcrübəsi və həyata keçirilən islahatlarla bağlı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparıblar.