Acarıstan MR Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qədim Qonio qalasında “Qızıl Göz” Beynəlxalq Kino və Televiziya Operatorları Festivalının təşkilinə dair
Cari ilin sentyabr ayının 22-də Acarıstan MR Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qədim Qonio qalasında “Qızıl Göz” Beynəlxalq Kino və Televiziya Operatorları Festivalı təşkil olunmuşdur.
Festival regionun hər yerindən tanınmış kinematoqrafçıları, kinorejissorları və bu sahənin peşəkarlarını bir araya toplamaqla, dialoq, əməkdaşlıq və kino sənəti üçün dəyərli platformaya çevrilmişdir.
Festival münsiflərinin qərarına əsasən ən yaxşı operatorlar nominasiyasında ölkəmizdən İctimai Televiziyanın istehsalı olan qısametrajlı “Lampa” bədii filminə görə Elman Əliyev, “Səriyyə” filminə görə isə İman İmanov təltifə layiq görülmüşlər.