news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyun 2026

Azərbaycan-Gürcüstan Dostluğu Fonunda Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Batumi Dram Teatrında rəsmi tədbir keçirilmişdir.

Azərbaycan-Gürcüstan Dostluğu Fonunda Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Batumi Dram Teatrında rəsmi tədbir keçirilmişdir.

Tədbirdə Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia, Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri İvane Abashidze, Gürcüstan Veteranlar İşləri üzrə Dövlət Departamentinin direktoru Koba Kobaladze, Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri Tsotne Ananidze, Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Eliso Bolkvadze,  digər nazirlər, konsulluq daurəsində yerləşən böyük şəhərlərin  merləri, Acarıstan Muxtar Respublikasının Muzeylər Birliyinin direktoru Teona Zoidze, regionda yerləşən ali təhsil ocaqlarının rəhbərləri, Türkiyə Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun müvəqqəti işlər vəkili Banu Terzicioğlu və diplomatik korpusun nümayəndələri, İran İslam Respublikasının Batumi şəhərində baş konsulu Mohammad Movahed, Batumidə fəaliyyət göstərən “Mirzə Fətəli Axundov adına Gürcü və Azərbaycanlıların Acarıstan Muxtar Respublikasındakı Xeyriyyə Cəmiyyəti”nin sədri Rövşən Namazov, SOCAR-ın Batumi nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, SOCAR-ın Kulevi Qara Dəniz Neft Terminalının kollektivi, yerli ictimaiyyət nümayəndələri, regionda yaşayan azərbaycanlılar, tələbələr, diaspor və icma üzvləri, mətbuat nümayəndələri eləcə də çoxsaylı qonaqlar iştirak etmişlər.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamış, Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov və rəsmi qonaq qismində Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri Tsotne Ananidze çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmiş, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulamışlar.

Rəsmi hissədən sonra Azərbaycanın tanınmış muğam ustası, xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi “Qarabağ Muğam” musiqi kollektivi tərəfindən konsert proqramı təqdim olunmuşdur. Tədbir çərçivəsində Azərbaycan milli geyimləri və mədəniyyətini əks etdirən sərgi də nümayiş etdirilmiş, Bakıda keçirilmiş 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə bağlı hazırlanmış videoçarx göstərilmişdir.

Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti