Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunda TAV Georgia nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunda TAV Georgia nümayəndələri ilə görüş keçirilib
3 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunda TAV Georgia nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı TAV Georgia-nın fəaliyyəti, Batumi və Tbilisi beynəlxalq hava limanlarının idarə olunması, mövcud konsessiya müqavilələrinin icrası və gələcək inkişaf perspektivləri müzakirə edilib.
TAV nümayəndələri Batumi Beynəlxalq Hava Limanında həyata keçirilən infrastruktur layihələri, sərnişin tutumunun artırılması, yeni terminalın tikintisi ilə bağlı planlar, eləcə də hava limanında göstərilən xidmətlər və ekoloji davamlılıq istiqamətində görülən işlər barədə məlumat veriblər.
Baş Konsulluq TAV Georgia ilə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.