Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Acarıstan Muxtar Respublikasının Akaki Tsereteli adına Dövlət Kitabxanasında tədbir keçirilmişdir.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanmış, mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir. Tədbir çərçivəsində Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında məlumat verilmiş, kitabxanalararası əlaqələrin genişləndirilməsi və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılmışdır. Kitabxananın rəhbərliyi tərəfindən qonaqların gəlişi ərəfəsində yaradılmış xüsusi “Azərbaycan guşəsi”nümayiş olunmuşdur.
Sonda Azərbaycan ədəbiyyatı və mədəniyyətini əks etdirən nəşrlər və xatirə hədiyyələri kitabxanaya təqdim edilmişdir. Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçmişdir.