Baş konsul F.Əzizov Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Musiqili Batumi 2025" Proqramında iştirakına dair
Baş konsul F.Əzizov Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Musiqili Batumi 2025" Proqramı çərçivəsində Batumi Dövlət Dram Teatrında təşkil olunmuş klassik musuqi gecəsində iştirak etmişdir. Adıçəkilən Proqram 2025-ci il ərzində keçirilən müxtəlif tipli yaradıcılıq tədbirlərini özündə birləşdirərək regionun mədəni potensialını və ənənələrini nümayiş etdirmək və təbliğ etmək məqsədini daşıyır.