Baş konsul Fuad Əzizovun 15.12.2025-ci il tarixində əvvəlcə Gürcüstanın Kutaisi şəhərinin meri Davit Eremeişvili, sonra isə Ambrolauri şəhərinin meri Zaza Kevanişvili ilə görüşü təşkil olunmuşdur.
15.12.2025-ci il tarixində baş konsul Fuad Əzizovun əvvəlcə Gürcüstanın Kutaisi şəhərinin meri Davit Eremeişvili, sonra isə Ambrolauri şəhərinin meri Zaza Kevanişvili ilə görüşü təşkil olunmuşdur. Görüşlərdə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Baş konsul şəhər meri vəzifələrinə keçirilmiş seçkilərdə böyük üstünlüklə qalib gəlmələri ilə əlaqədar onları bir daha təbrik etmiş, həmçinin mövcud əlaqələrin daha da güclənəcəyinin əminliyini vurğulamışdır.