Batumi Qara Dəniz Beynəlxalq İncəsənət Festivalının 02.12.2025-ci il tarixində rəsmi açılışı olmuşdur.
02.12.2025-ci il tarixində Batumi Qara Dəniz Beynəlxalq İncəsənət Festivalının rəsmi açılışı olmuşdur. 12-ci mövsümün açılış tədbirində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Acarıstan Hökumətinin sədri Sulxan Tamazaşvili, Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya, qanunverici və icraedici hakimiyyətin nümayəndələri, yerli özünüidarəetmə orqanları, diplomatik korpusun üzvləri və media təmsilçiləri iştirak etmişlər.
Festival Gürcüstan Prezidentinin və UNESCO-nun himayəsi altında, “Lira” Xeyriyyə Fondunun təşkilatçılığı və Acarıstan hökumətinin dəstəyi ilə keçirilmişdir.
Batumi Qara Dəniz Beynəlxalq İncəsənət Festivalı 2013-cü ildə beynəlxalq və dövlət mükafatlarının laureatı, UNESCO-nun Sülh Sənətçisi xanım Eliso Bolkvadze tərəfindən təsis edilmişdir.