news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2025

Batumi şəhərində yerləşən Acarıstan İncəsənət Muzeyində qarışıq beynəlxalq rəsm sərgisinin açılış mərasiminin təşkilinə dair.

29.09.2025-ci il tarixində Batumi şəhərində yerləşən Acarıstan İncəsənət Muzeyində qarışıq beynəlxalq rəsm sərgisinin açılış mərasimi təşkil olunmuşdur.
Sərgi zamanı 40-a yaxın ölkənin rəssamlarının, 114 əsərdən ibarət rəsmləri sərgilənmişdir. Onların arasında həmçinin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rəssam, professor Yusuf Əlizadənin də işi təqdim olunmuşdur. Sərgidəki əsərlər rəngarəng bir dünyanı əks etdirməklə, müxtəlif coğrafi bölgələrdə yaşayan rəssamların baxış bucağından xəyalların təqdimatını nümayiş etdirir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti