news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 sentyabr 2026

Cari ilin 7–8 sentyabr tarixlərində Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə Batumi şəhərində “Gürcüstan Beynəlxalq Dəniz Forumu 2026” (“International Maritime Forum 2026”) keçirilmişdir.

Cari ilin 7–8 sentyabr tarixlərində Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə Batumi şəhərində “Gürcüstan Beynəlxalq Dəniz Forumu 2026” (“International Maritime Forum 2026”) keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov və Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Oqtay oğlu Məcidov iştirak etmişlər.

Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirikvili, Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominqes, Acarıstan Muxtar Respublikasının Hökumət sədri Zurab Pataradze və Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri İvane Abasidze çıxış etmişlər.

Adıçəkilən Forum regional nəqliyyat marşrutlarının qlobal dəniz nəqliyyatı sisteminə inteqrasiyasının təşviqi, hökumətlərlə beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də aidiyyəti qurumların nümayəndələri arasında konstruktiv dialoqun və qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə təşkil edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti