Cari ilin sentyabr ayında “Sabah Investment Group” şirkətinin rəhbəri, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü və Tikinti, daşınmaz əmlak və infrastruktur komitəsinin sədri Orxan Mustafayev Acarıstan Muxtar Respublikasına işgüzar səfər edib.
Cari ilin sentyabr ayında “Sabah Investment Group” şirkətinin rəhbəri, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü və Tikinti, daşınmaz əmlak və infrastruktur komitəsinin sədri Orxan Mustafayev Acarıstan Muxtar Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizovun iştirakı ilə Acarıstanın tikinti sektorunda fəaliyyət göstərən “Alliance Group” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı regionda həyata keçirilən layihələr, investisiya imkanları və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Səfər çərçivəsində O. Mustafayev Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da da iştirak edib.