news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyul 2026

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Slovakiya, İngiltərə və Norveç komandalarını məğlub edərək Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

Millimiz 19 iyul 2026-cı il tarixində keçirilən həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb. Oyunu Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov və Baş Konsulluğun əməkdaşları da izləyərək milli komandamıza dəstək göstəriblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti