news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2025

Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş Konsulluğu tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir keçirilib.

Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş Konsulluğu tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir keçirilib.
Bayramlar ilə əlaqədar xüsusi videoçarx nümayiş etdirilib. Sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.
Azərbaycanın Əməkdar artisti, skripka ifaçısı Ceyhun İsmayılov, eləcə də gənc vokalçı Sona Əzizova Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa edib, Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar Günü” məktəbinin şagirdləri isə müxtəlif mahnılar oxuyublar və şeirlər söyləyiblər. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün ziyafət təşkil olunmuşdur.

 

 

https://azertag.az/xeber/batumide_zefer_gunu_ve_dovlet_bayragi_gunu_qeyd_olunub-3850487

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti