Gürcüstanın Batumi şəhərindəki Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov Kutaisi şəhər merinin səlahiyyətlərini icra edən David Eremeişvili ilə görüş keçirmişdir.
Cari ilin 02 sentyabr tarixində Gürcüstanın Batumi şəhərindəki Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizovun Kutaisi şəhər merinin səlahiyyətlərini icra edən David Eremeişvili və merin müavini Giorgi Tskakaia ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanın Gəncə şəhəri ilə Gürcüstanın Kutaisi şəhəri arasında 30 illik tarixi olan dostluq əlaqələri, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Baş konsul 2025-ci ilin oktyabr ayında Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak etmək məqsədilə dəvət məktubunu ünvan sahibinə çatdırmışdır.