Gürcüstanın Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia ilə Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov arasında keçirilmiş görüşə dair.
06.11.2025-ci il tarixində Gürcüstanın Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia ilə Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov arasında görüş keçirilmişdir.
Tərəflər Gürcüstan və Azərbaycan Respublikasının Konstitusiya Məhkəmələri arasında illər ərzində formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri barədə, eləcə də Gürcüstan Konstitusiya Məhkəməsinin nümayəndə heyətinin Azərbaycanda elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində yaxın günlərdə keçiriləcək yubiley tədbirlərdə iştirak etmək məqsədilə Bakıya planlaşdırılan səfərindən danışıblar.
https://azertag.az/xeber/gurcustan_konstitusiya_mehkemesinin_numayende_heyeti_azerbaycana_sefer_edecek-3846855