Şota Rustaveli adına Batumi Dövlət Universitetinin 90 illik yubileyinə dair
Cari ilin 28 noyabr tarixində Acarıstanda yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universiteti özünün 90 illik yubileyini qeyd etmişdir. Yubileydə, universitetin keçdiyi inkişaf yolu, təhsil və elmdəki uğurları, eləcə də gələcəyə olan baxışı nümayiş etdirilmişdir. Tədbirdə Gürcüstanın Təhsil naziri, Konstitusiya məhkəməsinin sədri, Acarıstan MR-in Ali Şurasının sədri, yerli hökumətin nazirləri, dövlət strukturların təmsilçiləri, ictimai xadimlər, Gürcüstanın və dəvət olunmuş xarici universitetlərin rəhbərləri, elm, diplomatik korpus və media nümayəndələri iştirak etmişdir.