Türkiyə Respublikasının Batumidəki Baş Konsulluğunda 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə anım mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov iştirak edərək şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.