2020-10-16
Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılığı barədə,

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş qüvvəyə minmişdir. Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti əm azı 6 (altı) ay olmalıdır. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməlidirlər əgər bu müddət ay aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər