Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizovun tərcüməyi-halı
Anadan olmuşdur - 05.04.1980-ci il, Azərbaycan Respublikası, Bakı şəhəri.
Təhsili:
1997-2000 - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsi, bakalavr
1996-2001 – Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi (qiyabi) bakalavr
2000-2002 - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsi, magistr.
Əmək fəaliyyəti:
2003-2005 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin referenti, attaşesi
2005 - 2009 - Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin attaşesi, üçüncü katibi
2009-2010 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kadrlar və ixtisasartırma idarəsinin üçüncü katibi, ikinci katibi
2010-2014 - Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin ikinci katibi, birinci katibi
2014-2016 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kadrlar və ixtisasartırma idarəsinin birinci katibi, şöbə müdiri
2016-2019 - Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin birinci katibi, müşaviri
2020-2024 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin şöbə müdiri, rəis müavini
18.11.2024 - Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu
Xarici dillər : Rus, ingilis, rumın və serb.
Ailə vəziyyəti : Evlidir, iki övladı var.